YERLİ İCRA HAKİMİYYƏTİ

dövlətin Ali İcra(edici) hakimiyyət strukturunun yerli (rayon, şəhər, şəhərlərdə rayon) hakimiyyəti orqanları; dövlət siyasətini yerlərdə icra edən (həyata keçirən, dövlətin Ali icra(edici) hakimiyyətinə biləvasitə tabe və hesabatlı olan, Y.İ.H. başçısı tərəfindən idarə olunan – yerli əhəmiyyətli orqan. İcra hakimiyyəti strukturunun digər orqanları ilə Y.İ.H. orqanları sıх fəaliyyət göstərsə də, onun müstəsna təyinatı və funksiyaları vardır. Dövlət siyasətini yerlərdə həyata keçirməklə yanaşı, öz səlahiyyətləri çərçivəsində, rəhbərlik etdiyi inzibati - ərazi vahidlərində yerli dövlət aparatının fəaliyyətini idarə edir, iqtisadi və sosial varlıqların inkişafını təmin edir, kommunal-məişət problemləri həll edir, qanunlara riayət etməklə torpaqdan istifadəsinin koordinasiyasını və nəzarətini həyata keçirir, eləcə də təbiətin qorunması, sosial-mədəni obyektləri abadlaşdırılması və digər işləri yerinə yetirir. “Öz səlahiyyətləri daxilində Y.İ.H. orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlərlə.” (Konst. 148-ci maddəsinin V bəndi). Y.İ.H. orqanlarının başçıları Konstitusiyaya və digər qanunlara uyğun olaraq (onlara zidd getməyən) dövlət adından öz səlahiyyəti çərçivəsində, yazılı surətdə “Qərarlar” qəbul edirlər və qanun-vericilik çərçivəsində Qərarlarının həyata keçirilməsini təmin edirlər. Y.İ.H. başçıları tərəfindən qəbul edilən Qərarlar, müvafiq İcra hakimiyyəti bülletenlərində dərc olunur və həmin inzibati-ərazi vahidində yerləşən bütün dövlət və qeyri-dövlət orqanları və təşkilatları, vəzifəli şəхslər və statusundan asılı olmayaraq, fiziki şəхslər tərəfindən yerinə yetirilməsi məcburidir. Əgər həmin İcra hakimiyyətin Qərarları yerinə yetirilmirsə, onda inzibati məsuliyyət məsələsi qaldırıla bilər. Yerlərdə fəaliyyət göstərən yuxarı (mərkəzi) dövlət orqanına tabeli idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən, Y.İ.H. başçılarının Qərarları icra etmədiyi halda, həmin İcra hakimiyyətinin başçısı müvafiq yuxarı (mərkəzi) dövlət orqanına “Təqdimat”la müraciət edə bilər. Həmin təqdimatlara baxılmasının nəticələri, müraciət edən İcra hakimiyyətlərinə bildirilir.
YERİN TƏKİ REJİMİ
YETƏRSAY
OBASTAN VİKİ
Azərbaycan yerli icra hakimiyyəti orqanlarının siyahıları
Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının siyahıları
Bakı Şəhər İcra Hakimiyyəti
Bakı Şəhər İcra Hakimiyyəti — Bakı şəhərində fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanı. == Tarixi == 1870-ci ildə Bakı Şəhər Duması təsis edilmişdir. 1917-18-ci ilədək fəaliyyət göstərmiş, daha sonra isə yerində sırasıyla Bakı Soveti, Bakı İctimai Təhlükəsizlik Komitəsi, Bakı İctimai Təşkilatlar Şurası və Bakı Şəhər İctimai Özünüidarəsi yaradılmışdır. 1939–1977-ci illərdə Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti, 1977–1991-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti yaradılmışdır. 1991-ci ildə isə müstəqilliyin əldə olunmasıyla Bakı Şəhər İcra Hakimiyyəti yaradılmışdır. == Rəhbərlik == Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinə və "Yerli icra hakimiyyətləri haqqında" Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən həyata keçirilir və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı şəhər ərazisi üzrə Prezdentin səlahiyyətli nümayəndəsidir.
Şəki şəhər İcra Hakimiyyəti
== Rəhbərlik == Elxan Zabir oğlu Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olmuş, orta təhsilini də orada almışdır. İxtisasca mühəndis-elektrik və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir. Əmək fəaliyyətinə Şəkidə başlamış, sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur. 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir. 2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının siyahıları
Dövlət hakimiyyəti
Siyasi hakimiyyət — bir nəfərin və ya elitanın vətəndaşların və cəmiyyətin davranışını milli maraqlardan irəli gələrək idarə etmə imkanları. Bu anlayış bir qayda olaraq "dövlət hakmiyyəti" anlayışı ilə bir anlamda işlənir.
Məhkəmə hakimiyyəti
Məhkəmə hakimiyyəti — dövlətin və vətəndaşların, vətəndaşların özləri, hüquqi şəxslər arasındakı sosial ziddiyyətləri, habelə qanunların konstitusiyaya uyğunluğunu yoxlamaq üçün qanunlar əsasında fəaliyyət göstərən müstəqil və suveren dövlət hakimiyyətinin qolu. Bəzən məhkəmələr, Avropa Birliyi Ədalət Məhkəməsi kimi, millətlərarası ola bilər. Hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq ayrılır. Azərbaycan Respublikasında birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, yerli inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələri fəaliyyət göstərir. Yeni məhkəmə sisteminə müvafiq olaraq ölkənin 6 regionunda apelyasiya məhkəmələri fəaliyyət göstərir. Apelyasiya məhkəmələri 4 kollegiyadan — mülki, cinayət, hərbi və inzibati-iqtisadi kollegiyalardan ibarət olmaqla müvafiq ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan Naxçıvan MR məhkəmələrinin təşkilində muxtar respublikanın ölkənin əsas ərazisindən kənarda yerləşməklə təcavüzkar Ermənistan Respublikası tərəfindən blokadada saxlanılması nəzərə alınmışdır. Belə ki, Naxçıvan MR Ali Məhkəməsi muxtar respublika məhkəmələrinə münasibətdə apelyasiya instansiyasıdır. Naxçıvan MR Ali Məhkəməsinin qərarlarına isə kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən baxılır. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi I. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.
Azərbaycan Respublikasının rayon icra hakimiyyəti orqanlarının siyahısı
Azərbaycan Respublikasının şəhər icra hakimiyyəti orqanlarının siyahısı
Yerli avstraliyalılar
Yerli avstraliyalılar — Britaniya müstəmləkəçiliyindən əvvəl Avstraliyada yaşayan qruplar. Bunlara Avstraliya aborigenləri və Torres boğazı adalıları daxildir. Avstraliyalıların sayı XVIII əsrin axırlarında 250–300 min nəfər idi. Avstraliyalılar 500-dən çox tayfadan ibarət olmuşlar. XIX əsrədək avstraliyalılar ibtidai icma quruluşu şəraitində yaşayıblar. Onlar ovçuluq, yığıcılıq, qismən balıqçılıqla məşğul olurdular. Müstəmləkəçilik siyasəti nəticəsində çox hissəsi qırılmışdır. Qalıqları, başlıca olcaq, Avstraliyanın qərbində və şərqində rezervasiyalarda yaşayır. Avstraliyalıların bir qismi kənd təsərrüfatında işləyir, digərləri ibtidai həyat sürürlər. Yerli avstraliyalar Avstraliya dillərində danışırlar.
Yerli sirkulyasiya
Yer kürəsi üzərində irimiqyaslı hava axınları sistemi atmosferin ümumi sirkulyasiyası adlanır. Belə axınlar öz ölçülərinə görə materik və okeanların böyük bir hissəsi ilə müqayisə oluna bilər.Atmosferin ümumi sirkulyasiyasının müxtəlif formada özünü büruzə verməsi atmosferdə müxtəlif cür inkişaf edən və yerdəyişməyə məruz qalan nəhəng dalğa və burulğanların meydana gəlməsindən asılıdır. Yerli sirkulyasiyaya dəniz sahillərində brizlər, dağ- dərə küləkləri, buz üstündən əsən küləklər və s. misal ola bilər.Bu yerli sirkulyasiya bəzi vaxtlarda və müəyyən rayonlarda ümumi sirkulyasiya axını ilə üst- üstə düşə bilər.
Yerli terras
Yerli terras (rus. местная терраса, ing. local terrace) — dərənin ancaq müəyyən hissəsində müşahidə edilən terras, əksər halda su tutarların boğulan hissəsində çayın düşməsi nəticəsində yaranır.
Yerli özünüidarəetmə
Yerli özünüidarəetmə — yerli ərazi vahidi əhalisinin (ərazi kollektivini) və bu əhalini təmsil edən seçkili orqanların yerli əhəmiyyətli məsələlərin həlli üzrə fəaliyyəti. Yerli özünüidarəetməyə müasir baxışın əsasını bu idarəetmənin təbiəti və mahiyyəti haqqında XIX əsr alimlərinin əsərlərində irəli sürülən nəzəri fikirlər təşkil edir. Qeyd etmək lazımdır ki, bu fikirlər bir-birindən əsaslı surətdə fərqlənirdi.Bəzi mütəfəkkirlər yerli özünüidarəetməni dövlətdən asılı olan,əhaliyə ümumdövlət standartlarında və mərkəzi hökumətin ümumi siyasi kursuna uyğun xidmət göstərən dövlət mexanizminin əksmərkəzləşmiş forması hesab edirlər. Digər alimlər isə yerli özünüidarəetmə haqqında icma anlayışına sadiq qalaraq yerli hakimiyyət orqanlarının özünəməxsus müstəqilliyini müdafiə edirlər. Bu müstəqillik öz təsdiqini bu orqanların bilavasitə xalq və ya onun iştirakı ilə formalaşmasında, onların sərbəstliyində tapır. Sərbəstliyi xarakterizə edən amil isə yerli özünüidarəetmə orqanlarının şəxsi maliyyə (yerli büdcə və büdcədənkənar fondlar), maddi (bələdiyyə mülkiyyəti) və bəşəri (bələdiyyə qulluqçuları) resurslara və hüquqi səlahiyyətlərə (hüquqi şəxs qismində müqavilələr bağlamaq və iddia qaldırmaq) malik olmasıdır. Yerli özünüidarəetmənin tarixi kökləri, demək olar ki,bütün dünya xalqlarında mövcud olan ümumi maraqları əhatə edən məsələlərin həlli istiqamətindəki adət-ənənələrlə bağlıdır. Bu gün dünyanın inkişaf etmiş ölkələrində mövcud olan yerliözünüidarəetmə sistemləri öz varlığını əsasən XIX əsrin bələdiyyə islahatlarına borcludur. Bu qurumların təşəkkülü feodal cəmiyyətdən sənayeləşmiş cəmiyyətə keçid prosesləri ilə sıx əlaqəli idi. Yeni doğulan burjuaziyanın istehkamını hələ orta əsrlərdə yerli əhəmiyyətli məsələlərin həllində mərkəzi hakimiyyətin müdaxilə və nəzarətindən müəyyən dərəcədə müstəqillik əldə etmiş şəhərlər təşkil edirdi.
Rəqəmsal yerli
Rəqəmsal yerli — informasiya dövründə böyümüş insan. "Rəqəmsal yerli" termini bu mövzuya toxunan müxtəlif məqalələr yazan amerikalı yazıçı və texnoloq Mark Prenski tərəfindən istifadə edilmişdir. Bu termin xüsusilə 1980-ci ildən sonra doğulmuş şəxslərə aid olan "rəqəmsal dövr"də böyüyən nəsillərə şamil edilmişdir. Çox vaxt millenniallara və Z nəslinə aid edilən bu şəxslər kompüterlər, mobil telefonlar və sosial media kimi elektron cihazlar və platformalar vasitəsilə rəqəmsal məlumat və stimulları tez və rahat şəkildə istehlak edə bilirlər. Rəqəmsal yerlilər rəqəmsal immiqrantlardan, yəni çap mediasının və televiziyanın üstünlük təşkil etdiyi bir dünyada böyümüş insanlardan fərqlənirlər, çünki onlar internetin yaranmasından əvvəl doğulublar. Rəqəmsal nəsil əhatə olunduqları texnologiyaya artan inamla böyüyüblər. Bu, qismən sələflərinin əvvəllər naməlum olan bir mövzuya artan marağı sayəsində idi. Bu rəqəmsal gənc nəsil öz yaşam tərzi sayəsində öz texnologiyalarına köklənmiş və bu onların ayrılmaz və vacib həyat tərzinə çevrilmişdir. Prenski belə nəticəyə gəldi ki, texnologiya ilə gündəlik qarşılıqlı əlaqənin həcminə görə rəqəmsal yerli nəsil tamamilə fərqli düşüncə tərzini inkişaf etdirib. Beyinlər fiziki olaraq dəyişməsə də, yollar və düşüncə tərzi inkişaf etmiş və beyinlər fizioloji cəhətdən keçmiş dövrlərdən fərqli olaraq dəyişmişdir.
Yerli amerikalılar
Hindilər (ing. Indians), həmçinin yerli amerikalılar (ing. Native Americans), Amerika hindiləri (ing. American Indians), qırmızı dərililər (ing. Red skins) və ya qırmızı hindilər (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindi dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hindiləri topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Yerli anestetik
Lokal anestetiklər və ya yerli anestetiklər — afferent (qalxan) sinir sisteminə təsir göstərməklə bədənin müəyyən nahiyəsində hissiyyatın müvəqqəti itməsinə səbəb olan dərman preparatlarıdır. Ümumi anestetiklərdən fərqli olaraq yerli təsirlidir və şüur itkisi olmur. Yerli anestetiklərdən cərrahi əməliyyatlar zamanı və stomatologiya təcrübəsində anesteziyada geniş tətbiq olunur. == Quruluşu == Lokal anestetiklər quruluşuna görə 3 hissədən ibarətdir: Hidrofil hissə – karbon radikalları olan hissə Ara hissə – iki və üç karbonlu spirt və ya karboksilli turşu qrupu Lipofil hissə – aromatik qrup Ara zəncir lipofil hissə ilə efir və ya amid rabitəsilə bağlanır.
Yerli anestetiklər
Lokal anestetiklər və ya yerli anestetiklər — afferent (qalxan) sinir sisteminə təsir göstərməklə bədənin müəyyən nahiyəsində hissiyyatın müvəqqəti itməsinə səbəb olan dərman preparatlarıdır. Ümumi anestetiklərdən fərqli olaraq yerli təsirlidir və şüur itkisi olmur. Yerli anestetiklərdən cərrahi əməliyyatlar zamanı və stomatologiya təcrübəsində anesteziyada geniş tətbiq olunur. == Quruluşu == Lokal anestetiklər quruluşuna görə 3 hissədən ibarətdir: Hidrofil hissə – karbon radikalları olan hissə Ara hissə – iki və üç karbonlu spirt və ya karboksilli turşu qrupu Lipofil hissə – aromatik qrup Ara zəncir lipofil hissə ilə efir və ya amid rabitəsilə bağlanır.
Yerli ariçilik
Yerli ariçilik, həmçinin yerli arilər nəzəriyyəsi (IAT) və Hindistandan çıxış nəzəriyyəsi —arilərin Hindistan yarımqitəsinin yerliləri olduğuna və Hind-Avropa dillərinin Hindistandakı bir vətəndən indiki yerlərə şüalanmasına olan inanc. Bu, Hindistan tarixinə "dini-milliyətçi" baxışdır və Qara dəniz-Xəzər çöllərinə əsaslanan müəyyən edilmiş miqrasiya modelinə alternativ kimi təbliğ olunur. Hindistandan çıxış nəzəriyyəsinə dəstək əsasən hindu dini və Hindistanın tarixi və arxeologiyası üzrə hind alimlərinin bir hissəsi arasında mövcuddur. Bu, hindutva siyasətində mühüm rol oynayır.
Azərbaycan Respublikasının şəhərdə rayon icra hakimiyyəti orqanlarının siyahısı
İcra başçısı
İcra başçısı — Azərbaycan Respublikasında yerli icra hakimiyyətinə rəhbərlik edən şəxs. Yerli İcra Hakimiyyətinin başçılarını Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti müvafiq sərəncam ilə təyin edir.
İcra hakimiyyətləri
İcra nümayəndəsi
İcra nümayəndəsi - Azərbaycan Respublikasında rayondan aşağı səviyyə yaşayış məntəqəlirndə icra hakimiyyətlərinin təmsilçisi. Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə təyin olunur.
İcra proqramı
Çalışdırılabilən proqram, icra proqramı – yerinə yetirilməyə (çalışmağa) hazır olan kompüter proqramı. Bu termin, adətən, yaddaşa yüklənə və çalışdırıla bilən kompilyasiya olunmuş proqrama aid işlədilir; bunula belə, interpretasiya olunan proqramlaşdırma dillərində həmin termin müəyyən formatda olan ilkin kodu da bildirə bilər.
Ölülərin hakimiyyəti (kitab)
Ölülərin hakimiyyəti — Rövşən Abdullaoğlunun 2012-ci ildə nəşr edilmiş "İslam tarixi və ideologiyası silsiləsindən" olan kitabı. Yaradılış sistemində bəzi proseslər vardır ki, onların dərk edilməsi insan üçün çox çətindir. Belə ki, insan adətən gördüyü və daim eşitdiyi mətləbləri həqiqət hesab edir. Yeni eşitdiyi, dünya həyatında görmədiyi və ya illərlə zehnində formalaşmış fikirlərinin əksi olan məsələlərdən xəbərdar olan zaman ona çox qəribə gəlir. Bu kitabda qələmə alınan mövzu mümkündür ilk baxışda oxucu üçün qəribə və anlaşılmaz olsun, lakin bir az diqqət və təfəkkür edəndən sonra mətləb aydınlaşmağa başlayır. Kitabda qələmə aldığımız mətləblər nəinki müxtəlif dinlərin, eyni zamanda elmin də çətin anlaşılan mövzularından hesab olunur. Oxucular üçün yeni olan bu mövzu tarix üçün heç də yeni deyildir. Kitab oxunulandan sonra deyilənlər tamamilə aydın olacaqdır. Kitabın I cildi 2012-ci ildə Bakıda Qədim Qala nəşriyyatında 200 səhifədə 60x90 ölçüsündə çap edilib. Həyatın imzası "Ölülərin hakimiyyəti" ( (az.)).
Azərbaycanda SSRİ hakimiyyəti
Azərbaycan SSR tarixi — Azərbaycanın 1920–1991-ci illəri əhatə edən tarixi. 28 aprel 1920 — Azərbaycanda sovet hakimiyyəti qurulur. Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilir. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət Moskvaya tabe olan Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə (AK(b)P MK) məxsus idi. 1 may 1920 — Bakıda Xalq Cümhuriyyəti hökumətini devirən XI ordunun hissələri Şamaxı və Ağsudan müqavimətsiz keçərək Gəncəyə yaxınlaşdılar və qısa döyüşdən sonra şəhəri ələ keçirdilər. 3 may 1920 — Sovet hakimiyyəti Azərbaycanın bütün ərazisinə yayılmağa başladı. Müvəqqəti İnqilab Komitəsi yerlərdə qəza, mahal və kənd inqilab komitələrinin yaradılması barədə dekret verdi. Bolşeviklərin Bakı buxtasındakı hərbi-dəniz qüvvələri cənuba doğru hərəkət edərək Lənkərana və Astaranı ələ keçirir. Xalq Cümhuriyyətinin azsaylı ordu hissələri yalnız Qarabağda qalmışdı və erməni qüvvələri ilə döyüşürdü.